Samuxda körpə bacı-qardaş naməlum səbəbdən ölüb

Samuxda körpə bacı-qardaş naməlum səbəbdən ölüb Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb.
Hadisə
12 Sentyabr , 2021 13:59
Samuxda körpə bacı-qardaş naməlum səbəbdən ölüb

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum səbəbdən ölüb.

"Report"un məlumatına görə, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətləri ağırlaşan körpələr yaxınları tərəfindən xəstəxanaya aparılsalar da, R.Quliyevanın öldüyü məlum olub. Bir qədər sonra N.Quliyev da xəstəxanada dünyasını dəyişib.

Onların ölüm səbəbi məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi