Samux rayonunda quyudan aşkarlanan meyitin şəxsiyyəti və hadisənin təfərrüatları məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Çobanabdallı kəndində meyiti quyudan çıxarılan şəxs, 1954-cü il təvəllüdlü Tofiq Əhmədov olub.
Onun insult xəstəsi olduğu, həmin vaxt həyətdə olan dərinliyi 2 metr quru quyunun yaxınlığından keçən zaman ora yıxıldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Samuxda quyuda meyit aşkarlanıb.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Belə ki, rayonun Çobanabdallı kəndində dərinliyi təqribən 2 metr olan quyudan 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Müraciətlə əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində meyit quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.