Saray qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib, iki nəfər ölüb

Saray qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib, iki nəfər ölüb Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Saray qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Sumqayıt Re
Hadisə
19 İyul , 2024 19:17
Saray qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib, iki nəfər ölüb

Abşeron rayonunun Saray qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib, avtomobildə sıxılmış vəziyyətdə qalan iki nəfər ölüb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd edilib ki, xilasedici əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb və iki nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində iki nəfərin meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi