Şəkidə 15 yaşlı məktəbli ölüb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Kiş kəndində qeydə alınıb.
Məlumata görə, 2006-cı il təvəllüdlü Faiq Abdullayev yaşadığı evin həyət qapısının bağlı olduğu üçün hasardan həyətə keçmək istəyib. 15 yaşlı məktəblinin hasardan yıxılaraq öldüyü ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.