Şəkidə 9 yaşlı uşağı avtomobil vurdu, vəziyyəti ağırdır

Şəkidə 9 yaşlı uşağı avtomobil vurdu, vəziyyəti ağırdır Şəki şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
10 İyun , 2021 21:57
Şəkidə 9 yaşlı uşağı avtomobil vurdu, vəziyyəti ağırdır
0 : 00
0 : 00

Şəki şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Şəki şəhərində qeydə alınıb. Avtomobil yolu keçən 2012-ci il təvəllüdlü Haqverdizadə Şahin Çingiz oğlunu vurub. Yaralı əvvəlcə Şəki Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi diaqnozları qoyulub. Azyaşlı reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi