Şəkidə güclü yanğın: külək yanğınların bir neçə istiqamətdə genişlənməsinə səbəb olub

Şəkidə güclü yanğın: külək yanğınların bir neçə istiqamətdə genişlənməsinə səbəb olub Şəkidə kol-kosdan başlayan yanğın əvvəlcə yol kənarındakı ağaclara, oradan da fərdi təsərrüfatlara keçib.
Hadisə
11 Avqust , 2021 15:04
Şəkidə güclü yanğın: külək yanğınların bir neçə istiqamətdə genişlənməsinə səbəb olub

Şəkidə kol-kosdan başlayan yanğın əvvəlcə yol kənarındakı ağaclara, oradan da fərdi təsərrüfatlara keçib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Aşağı Küngüt kəndi ərazisində yanğın başlayıb.

Sakinlər bildiriblər ki, yanğın kol-koslardan başlayıb: "Daha sonra yanğınlar bir neçə istiqamətdə genişlənərək yolun kənarındakı ağaclara, oradan da yaxınlıqdakı fərdi təsərrüfatlara keçib".

Yanğının söndürülməsi üçün əvvəlcə kənd sakinləri səfərbər olub. Havanın küləkli olması yanğınların bir neçə istiqamətdə genişlənməsinə və daha böyük əraziləri əhatə etməsinə səbəb olub. Hazırda ərazidə yanğın davam edir.

Hadisə yerinə Şəki Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub.

Son xəbərlər

Orphus sistemi