Şəkidə məktəbin korpusunda yanğın baş verib

Şəkidə məktəbin korpusunda yanğın baş verib Şəkidə məktəbin istifadə olunmayan korpusunda yanğın baş verib.
Hadisə
20 İyun , 2024 01:01
Şəkidə məktəbin korpusunda yanğın baş verib

Şəki rayonunda məktəbin istifadə olunmayan korpusunda yanğın baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, güclü yanğın Turan qəsəbə tam orta məktəbinin istifadəyə yararsız, bir müddətdir tədris keçirilməyən korpusunda qeydə alınıb.

Hadisə yerinə Şəki Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub. Hazırda ikimərtəbəli məktəb korpusunda yanğının söndürülməsi istiqamətində işlər aparılır. Azı üç yanğınsöndürən texnikanın cəlb olunduğu bildirilib.

Son xəbərlər

Orphus sistemi