Şəmkirdə Kür çayında batan ana və övladlarının meyiti tapılıb - YENİLƏNİB 

Şəmkirdə Kür çayında batan ana və övladlarının meyiti tapılıb - YENİLƏNİB  Şəmkir rayonunda 2 nəfər Kür çayında batıb.
Hadisə
13 Avqust , 2023 19:37
Şəmkirdə Kür çayında batan ana və övladlarının meyiti tapılıb - YENİLƏNİB 

Kür çayının Şəmkir rayon Dəllər Cırdaxan kəndindən keçən hissəsində batanların kimliyi bəlli olub.

"Report"un Qərb bürosunun məlumatına görə, onlar Qazax rayon sakinləri 2003-cü il təvəllüdlü Nurlan Elburus oğlu Kərimov və onun 2008-ci il təvəllüdlü qardaşı Akşin Elburus oğlu Kərimovdur.

Eyni zamanda Kür çayında batanların anaları - 1985-ci il təvəllüdlü Günay Valeh qızı Kərimova da Kür çayında boğularaq dünyasını dəyişib. Onların meyiti tapılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

17:18

Şəmkir rayonunda 2 nəfər Kür çayında batıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Kür çayının Şəmkir rayonunun Keçili kənd ərazisindən keçən hissəsində batan şəxslərin axtarışı üçün əraziyə dalğıc-axtarış qrupu cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi