Şəmkir rayonu Şeidlər kəndində yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.
“Report”un Qərb bürosunun məlumatına görə, onlar Şəmkir rayon sakinləri, 1982-ci il təvəllüdlü İ. Məmmədov və həmyaşıdı H. İsmayılovdur.
Zərər çəkmiş şəxslər xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.
Xatırladaq ki, onlar yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.
Şəmkir rayonunun Şeidlər kəndində yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.
"Report"un Qərb bürosunun məlumatına görə, minik avtomobili ilə "KamAZ" markalı yük avtomobilinin toqquşması nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Xəsarət alanlar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.