Şəmkirdə pandemiya qaydalarını pozan SPA mərkəzi 4000 manat cərimələnib

Şəmkirdə pandemiya qaydalarını pozan SPA mərkəzi 4000 manat cərimələnib Şəmkirdə karantin rejimini pozan SPA mərkəzi aşkarlanıb.
Hadisə
11 Avqust , 2021 11:05
Şəmkirdə pandemiya qaydalarını pozan SPA mərkəzi 4000 manat cərimələnib

Şəmkirdə karantin rejimini pozan SPA mərkəzi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisindəki “Bəy hamamı” adlı SPA mərkəzinin sanitar-karantin qaydalarına zidd olaraq, gizli şəkildə fəaliyyət göstərməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları dərhal adıçəkilən ünvana gələrək obyekt işçiləri və müştəriləri polis şöbəsinə gətiriliblər.

Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. Obyekt sahibi Fərhad Mustafayev barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 4000 manat miqdarında cərimə edilib. SPA mərkəzində işləyən A.Ağamalıyeva, A.Əliyevanın hər birinin barəsində 200 manat miqdarında, müştərilər - Ceyhun Məmmədli, Elşən Tağıyev, Ələddin Alıyev, Azər Verdiyev və Orxan Abbasovun hər birinin barəsində isə 300 manat miqdarında protokol tərtib edilərək məsuliyyətə cəlb olunublar.

Son xəbərlər

Orphus sistemi