Şəmkirdə yol qəzasında 58 yaşlı kişinin beli sınıb

Şəmkirdə yol qəzasında 58 yaşlı kişinin beli sınıb Şəmkir rayonunda 58 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.
Hadisə
18 İyul , 2024 02:52
Şəmkirdə yol qəzasında 58 yaşlı kişinin beli sınıb

Şəmkir rayonunda 58 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.

“Report” xəbər verir ki, 1966-cı il təvəllüdlü Rəhimov Fazil Mövsüm oğlunun idarə etdiyi avtomobil yol kənarındakı maneəyə çırpılıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə rayon mərkəzi xəstəxanasına çatdırılsa da, vəziyyəti ağır olduğu üçün Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib.

Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi