Afrikanın qərbində Siera-Leonenin paytaxtı Fritaunda benzin daşıyan avtomobil partlayıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, paytaxt meri İvonn Aki-Savyerrin sözlərinə görə, benzin daşıyan avtomobil Bay Burex Roud yaşayış kvartalında yük avtomobili ilə toqquşub.
Qeyd edilir ki, hadisə nəticəsində 100-dən çox insan həlak olub.