Şirvanda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Aran bürosunun məluatınına görə, hadisə şəhərin Tofiq İsmayılov küçəsində qeydə alınıb.
Belə ki, Şirvan şəhər sakini, 1981-ci il təvəllüdlü Məmmədov Tahir Aslan oğlunu yolu keçən zaman minik avtomobili vurub. Piyada ağır xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına (ŞMX) yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.