Şirvanda çörək sexində baş verən partlayış nəticəsində həlak olan şəxsin kimliyi məlum olub.
“Report”un Aran bürosunu məlumatına görə, bu, Şirvan şəhər sakini, 1977-ci il təvəllüdlü Əliyev Zaur Kamil oğludur.
Qeyd edək ki, hadisə şəhərin Tofiq İsmayılov küçəsində qeydə alınıb.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Qeyd edək ki, partlayış zamanı küçədəki avtomobilə də ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır
Şirvanda partlayış olub.
“Report”un Aran bürosunu məlumatına görə, hadisə şəhərin Tofiq İsmayılov küçəsində qeydə alınıb.
İlkin məlumata görə, çörək sexində maye qaz balonunun partlaması nəticəsində bir nəfər ölüb. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Hazırda ölənin şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır