Şirvan şəhərində fəhlələr iş prosesində xəsarət alıblar.
“Report”un Aran bürosunun məlumatına görə, iş prosesi zamanı “Şirvan OİL” şirkətinin işçiləri, Şirvan şəhər sakinləri, 1965-ci il təvəllüdlü Mahmudov İlyas Ağaməli oğlu və 1973-cü il təvəllüdlü Şükürov Şamil Əvəz oğlunun üzərinə dəmir parçaları düşüb.
Nəticədə hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.