Şirvanda usta ehtiyatsızlıq edərək ağır xəsarət alıb.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə Şirvan şəhərində baş verib. Belə ki, usta işləyən Qaradağ rayon sakini, 1978-ci il təvəllüdlü Fərzəliyev Rövşən Əmralı oğlu evdə döşəmə üçün taxta doğrayarkən ehtiyatsızlıq edib və sağ qolunu laqonda ilə kəsib. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.