Siyəzən Qaz istismar sahəsinin inzibati binasında oğurluq olub.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, binadan ödəniş terminalı oğurlanıb.
Hadisə ilə əlaqədar Siyəzən Rayon Polis Şöbəsinə müraciət olunub.
Faktla bağlı araşdırma aparılır.