Siyəzən rayonunda baş verən qəzada ölənlərin sayı 4-ə çatıb.
"Report"un Şimal bürosunun məlumatına görə, rayon sakini, "Audi" markalı minik avtomobilinin sürücüsü, 1992-ci il təvəllüdlü Məmmədov Nicat Kamran oğlu Siyəzən Regional Diaqnostika Mərkəzinin reanimasiya şöbəsində dünyasını dəyişib.
Onun meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Bakı-Quba yolunda avtoqəza nəticəsində dünyasını dəyişən iki şəxsin kimliyi məlum olub.
"Report"un Şimal bürosunun məlumatına görə, Bakı-Quba avtomobil yolunun Siyəzən rayonundan keçən hissəsində “Audi” markalı, 99-DN-744 dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetməni itirərək yolun hərəkət hissəsindən kənarda dayanan “Mercedes” markalı, 99-BB-340 dövlət qeydiyyat nişanlı yük avtomobilinə çırpılması nəticəsində həyatını itirən şəxslər 2006-cı il təvəllüdlü Abbasov Rəvan Malik oğlu və 2007-ci il təvvəlüdlü Məmmədov Akşin Vüqar oğlu olduğü məlum olub.
Beləki, sözügedən qəzada ümumilikdə üç nəfər ölüb, iki nəfər yaralanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, zəruri istintaq tədbirləri görülür.
Siyəzən rayonunda ağır yol qəzası olub, 3 nəfər ölüb, 2-si yaralanıb
"Report"un Şimal bürosunun məlumatına görə, hadisə nəticəsində 2006-cı il təvəllüdlü Abbasov Nihad Babək oğlu və digər iki nəfər şəxs dünyasını dəyişib, 1992-ci il təvəllüdlü Məmmədov Nicat Kamran oğlu və 2006-ci il təvəllüdlü Abbasov Rəvan Malik oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdiriliblər.
N.Abbasovun və digər iki şəxsin meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinə təhvil verilib. Onların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.