FHN Siyəzəndəki partlayışla bağlı məlumat yayıb - YENİLƏNİB

FHN Siyəzəndəki partlayışla bağlı məlumat yayıb - YENİLƏNİB Siyəzən şəhərində Tofiq İsmayılov küçəsində 51 saylı yaşayış binasında partlayış olub.
Hadisə
13 İyun , 2023 22:14
FHN Siyəzəndəki partlayışla bağlı məlumat yayıb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Siyəzəndəki partlayışla bağlı məlumat yayıb.

Nazirlikdən "Report"a bildirilib ki, “112” qaynar telefon xəttinə Siyəzən şəhəri, T.İsmayılov küçəsində yerləşən çoxmərtəbəli binada partlayış baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Siyəzən Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 42kv.m olan birotaqlı mənzildə, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib. Partlayış dalğasının zərbəsindən mənzilin pəncərə çərçivələri yerindən çıxıb, divarlarda çatlar əmələ gəlib, mənzilə ciddi ziyan dəyib. Hadisə nəticəsində ikisi azyaşlı olmaqla üç nəfər vətəndaş xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

21:10

Siyəzən şəhərində, Tofiq İsmayılov küçəsində 51 saylı yaşayış binasında partlayış olub.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə zamanı 1994-cü il təvəllüdlü Vasif Ariz oğlu İsrafilov, 2013-cü il təvəllüdlü Banu Şahin qızı Hüseynova və 2013-cü il təvəllüdlü İlqarə Rais qızı Mustafazadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Siyəzən Müalicə Diaqnostika Mərkəzinə çatdırılıblar.

V.İsrafilovun vəziyyəti ağır olduğuna görə Bakıdakı xəstəxanaların birinə göndərilib.

Partlayış baş verən binada yaşayan sakinlər təxliyə olunublar.

İlkin məlumata görə, partlayışa səbəb qaz sızması olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi