Siyəzəndə mikroavtobusun aşması nəticəsində yaralananların kimliyi məlum olub - SİYAHI - YENİLƏNİB-2

Siyəzəndə mikroavtobusun aşması nəticəsində yaralananların kimliyi məlum olub - SİYAHI - YENİLƏNİB-2 Siyəzən rayonunda mikroavtobusun aşması nəticəsində 10 nəfər yaralanıb.
Hadisə
19 Oktyabr , 2022 11:31
Siyəzəndə mikroavtobusun aşması nəticəsində yaralananların kimliyi məlum olub - SİYAHI - YENİLƏNİB-2

Siyəzən rayonunda mikroavtobusun aşması nəticəsində xəsarət alanların kimliyi məlum olub.

"Report"un Şimal bürosu xəbər verir ki, bunlar aşağıdakılardır:

1) 1978-ci il təvəllüdlü Hüseynova Gülnarə Balağa qızı

2) 1976-cı il təvəllüdlü Nizamova Şəhla Əfqan qızı

3) 1970 -ci il təvəllüdlü Mirzəyeva Pəri Dilcan qızı

4) 1987-ci il təvəllüdlü Balayeva Səbinə Xanlar qızı

5) 1978-ci il təvəllüdlü Bəylərova Səhər İmamyar qızı

6) 1980-ci il təvəllüdlü Həsənova Mələk Hacrza qızı

7) 1987-ci il təvəllüdlü Zərbəliyeva Gülnar Hacrza qızı

8) 1985-ci il təvəllüdlü İsmayilova Nərmin Rasim qızı

9) 1988-ci il təvəllüdlü Cəfərova Elnurə Vahid qızı

10) 1971-ci il təvəllüdlü Məmmədova Xeyransa.

Xəsarət alanlardan səkkizi evə buraxılıb, iki nəfərin isə müalicəsi Siyəzən Rayon Müalicə-Diaqnostika Mərkəzində davam etdirilir.

Məlumata görə, xəsarət alan sərnişinlərin hamısı Zarat kəndindən olan qadınlardır və onlar parnikdə işləyən fəhlələr olublar.

Hadisə də səhər saatlarında onların iş yerinə gedən zaman baş verib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

11.24

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Siyəzən rayonunda mikroavtobusun aşması nəticəsində xəsarət alanların son durumunu açıqlayıb.

TƏBİB-dən "Report"a bildirilib ki, baş verən hadisə ilə əlaqədar Siyəzən Müalicə Diaqnostika Mərkəzinin Təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb edilib.

Hadisə nəticəsində xəsarət alan 10 nəfər (hər biri qadın olmaqla) saat 08:40 radələrində tibb müəssisəsinin Təcili tibbi yardım bölməsinə yerləşdirilib. Onların hər biri zəruri müayinələrdən keçirilib.

Pasiyentlərdən 8-nin vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb.

Digər xəstələrin müalicəsinə tibb müəssisəsinin Cərrahiyyə şöbəsində davam etdirilir.

10.15

Siyəzən rayonunda mikroavtobusun aşması nəticəsində 10 nəfər yaralanıb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba yolunda, rayonun Zarat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 10 sərnişin Siyəzən Rayon Müalicə-Diaqnostika Mərkəzinə çatdırılıb.

Hazırda yaralıların kimliyi və hadisənin baş vermə səbəbləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi