Siyəzəndə qadının öldüyü qəza ilə bağlı istintaq başa çatıb

Siyəzəndə qadının öldüyü qəza ilə bağlı istintaq başa çatıb Siyəzəndə yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elşad Əskərov və Elşad Səmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb
Hadisə
20 Aprel , 2021 09:30
Siyəzəndə qadının öldüyü qəza ilə bağlı istintaq başa çatıb

Siyəzəndə yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elşad Əskərov Elşad Səmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Eldar Mikayılovun icraatındadır.

Qeyd edək ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ötən il oktyabrın 18-də baş verib.

Siyəzən şəhər sakini E.Əsgərovun idarə etdiyi “VAZ-2107” və Bakı şəhər sakini E.Səmədovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub. Daha sonra E.Səmədov idarəetməni itirərək yolun kənarında olan Siyəzən şəhər sakini Məsumə İslamovanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Son xəbərlər

Orphus sistemi