Siyəzən rayonunun Balaca Həmyə kəndində traktorda meyit tapılıb.
"Report"un Şimal bürosu xəbər verir ki, Xaçmaz rayon sakini, 1966-cı il təvəllüdlü Mahmudov Faiq Qasım oğlu idarə etdiyi traktorda ölü vəziyyətdə tapılıb.
Onun idarə etdiyi traktorun "Aqroservis" MMC-yə məxsus olduğu bildirilir.
Meyit tapılarkən üzərində zorakılıq əlamətləri müəyyən edilməyib. F.Mahmudovun ölüm səbəbi bilinmir.
Faktla bağlı araşdırma aparılır.