Siyəzəndə zəhərlənmə hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə rayonun mərkəzi yerlərindən birində qeydə alınıb. 1989-cu il təvəllüdlü Abdinova Günay Vahid qızı yaşadığı evdə dəm qazından zəhərlənib.
G.Abdinova təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.