Son 20 ildə prokurorluq orqanlarına müsabiqə yolu ilə qəbul edilən şəxslərin sayı açıqlanıb

Son 20 ildə prokurorluq orqanlarına müsabiqə yolu ilə qəbul edilən şəxslərin sayı açıqlanıb 2002-2022-ci illərdə prokurorluğa müsabiqə yolu ilə 1 151 nəfər qəbul edilib.
Hadisə
11 Yanvar , 2023 11:13
Son 20 ildə prokurorluq orqanlarına müsabiqə yolu ilə qəbul edilən şəxslərin sayı açıqlanıb
Kamran Əliyev

2002-2022-ci illərdə prokurorluğa müsabiqə yolu ilə 1 151 nəfər qəbul edilib.

“Report”un xəbərinə görə, bunu baş prokuror Kamran Əliyev prokurorluq orqanlarına qulluğa yeni qəbul olunmuş gənclərin andiçmə mərasimində deyib.

K.Əliyevin sözlərinə görə, hazırda onlardan 977 nəfəri hazırda prokurorluq orqanlarında çalışır.

O qeyd edib ki, hazırda prokurorluq orqanlarında çalışan şəxslərin orta yaş həddi 43-dür:

“Belə ki, prokurorluq orqanlarında 21-25 yaş həddində 124 nəfər, 26-30 yaş həddində 254 nəfər, 31-35 yaş həddində 252 nəfər, 36-40 yaş həddində 215 nəfər, 41-45 yaş həddində 111 nəfər, 46-50 yaş həddində 19 nəfər, 51-55 yaş həddində 2 nəfər işləyir”.

Son xəbərlər

Orphus sistemi