Ötən il Azərbaycanda intihar edən 18 yaşdan aşağı olan şəxslərin sayı açıqlanıb.
“Report”un prokurorluq orqanlarından əldə etdiyi məlumata görə, 2020-ci ildə respublika ərazisində 37 intihar faktı qeydə alınıb.
Bu, 2019-cu illə müqayisədə 17 nəfər (iki dəfəyə yaxın) çoxdur. Yəni həmin il 18 yaşdan aşağı olan 20 nəfərin intiharı qeydə alınıb.