“Ağalı dünən və bu gün”: Son bir ildə Zəngilanın kəndində görülən işlər barədə videoçarx hazırlanıb

“Ağalı dünən və bu gün”: Son bir ildə Zəngilanın kəndində görülən işlər barədə videoçarx hazırlanıb Zəngilan rayonunun Ağalı kəndində son bir ildə qeydə alınan dəyişiklikləri əks etdirən görüntülər yayımlanıb.
Hadisə
1 Fevral , 2022 10:36
“Ağalı dünən və bu gün”: Son bir ildə Zəngilanın kəndində görülən işlər barədə videoçarx hazırlanıb

Zəngilan rayonunun Ağalı kəndində son bir ildə görülən işləri əks etdirən videoçarx hazırlanıb.

"Report"un məlumatına görə, kadrları Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin yaradıcı qrupu lentə alıb.

Belə ki, görüntülərdə həm 2021-ci il yanvarın 25-də, həm də 2022-ci ilin yanvarın 25-də kənddə çəkilən kadrlar öz əksini tapıb. Belə ki, videoçarxda bir il ərzində ərazidə həyata keçirilən quruculuq işləri nümayiş olunub.

İşğal zamanı dağıdılan və yerlə bir edilən evlərin yerində müasir yaşayış evləri və ictimai obyektlər tikilib. Həmçinin kənd sakinlərinin tezliklə doğma yurdlarına köçə bilməsi üçün zəruri infrastruktur tamamilə yenidən qurulub və hazır vəziyyətə gətirilib.

Son xəbərlər

Orphus sistemi