Bakı şəhər sakini dələduzluqla üzləşib.
“Report”un xəbərinə görə, paytaxt sakini F.Namazovaya qarşı sosial şəbəkədə dələduzluq edilib.
O, bu barədə Daxili İşlər Nazirliyinə (DİN) müraciət edib. Bildirib ki, sosial şəbəkədə tanış olduğu bir nəfər tərəfindən işə düzəldilməsi adı ilə 500 manat pulu ələ keçirilib.
Daha sonra Nizami Rayon Polis İdarəsində dələduzluq faktı araşdırılıb, ona dəymiş maddi ziyan ödətdirilib.