Lənkəranda soyğunçuluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat keçiriblər.
Əməliyyat-axtarış tədbiri nəticəsində fevralın 18-də T.Məlikova zor tətbiq edərək çantasından 600 manat dəyərində lotereyanı soyğunçuluq yolu ilə aparmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş M.Ağayev saxlanılıb.
Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.