Sumqayıtda avtomobilin vuraraq öldürdüyü piyadanın şəxsiyyəti məlum olub - YENİLƏNİB

Sumqayıtda avtomobilin vuraraq öldürdüyü piyadanın şəxsiyyəti məlum olub - YENİLƏNİB Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb.
Hadisə
1 Dekabr , 2023 07:58
Sumqayıtda avtomobilin vuraraq öldürdüyü piyadanın şəxsiyyəti məlum olub - YENİLƏNİB

Ötən gün axşam saatlarında Sumqayıtda avtomobilin vuraraq öldürdüyü piyadanın şəxsiyyəti məlum olub.

"Report"un yerli bürosu məlumat verir ki, ölən şəxs Abşeron rayonu Saray qəsəbə sakini, 1980-ci il təvəllüdlü Samir Nüsrət oğlu Əsədovdur.

Xatırladaq ki, hadisə şəhərin Sahil küçəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.

30.11.2023. 23:25

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə Sahil küçəsində qeydə alınıb.

“Mercedes” markalı avtomobil yolu keçən, şəxsiyyəti hələ məlum olmayan 40-50 yaşlı kişini vurub. Piyada aldığı xəsarətdən hadisə yerindəcə ölüb. Sürücü saxlanılıb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi