Sumqayıt şəhəri Nəriman Nərimanov küçəsində avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
"Report"un yerli bürosu xəbər verir ki, yolu keçmək istəyən piyada, 1977-ci il təvəllüdlü Radim Həsənovu avtomobil vurub.
Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.