Sumqayıtda meyiti tapılan kişinin şəxsiyyəti məlum olub - YENİLƏNİB

Sumqayıtda meyiti tapılan kişinin şəxsiyyəti məlum olub - YENİLƏNİB Sumqayıtda küçədə 40-45 yaşlı kişi (şəxsiyyəti dəqiqləşdirilir-red) meyiti aşkarlanıb.
Hadisə
15 Oktyabr , 2024 08:20
Sumqayıtda meyiti tapılan kişinin şəxsiyyəti məlum olub - YENİLƏNİB

Sumqayıt şəhərində meyiti tapılan kişinin şəxsiyyəti məlum olub.

“Report"un yerli bürosu məlumat verir ki, həmin şəxs 1980-ci il təvəllüdlü Abdul İsmayıl oğlu Abdulovdur.

Qeyd edək ki, 44 yaşlı kişinin meyiti Sülh prospektində yerləşən parkların birində aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

14.10.2024.22:16

Sumqayıtda küçədə 40-45 yaşlı kişi (şəxsiyyəti dəqiqləşdirilir-red) meyiti aşkarlanıb.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin Sülh prospektində yerləşən parkların birində qeydə alınıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi