Sumqayıtda mebel mağazasında oğurluq hadisəsi baş verib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisindəki mebel mağazalarının birindən 2 700 manat, bir dəmir qapı sexindən isə 400 manat pul oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini H.Nurəliyev saxlanılıb.