Sumqayıtda restoranda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Sumqayıtda restoranda baş verən yanğın söndürülüb - YENİLƏNİB Sumqayıtda restoran yanır.
Hadisə
28 Sentyabr , 2024 12:17
Sumqayıtda restoranda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Sumqayıt şəhərində restoranda baş verən yanğın söndürülüb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində, 17-ci mikrorayon ərazisində restoranda yanğın baş verməsi barədə məlumat daxil olub və əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin müdaxiləsi sayəsində baş vermiş yanğın söndürülüb.

12:01

Sumqayıt şəhərində restoranda yanğın başlayıb.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 17-ci mikrorayonunda yerləşən “Baharlı" restoranında qeydə alınıb.

Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Son xəbərlər

Orphus sistemi