Sumqayıtda kişi meyiti tapılıb.
“Report”un xəbərinə görə, Sumqayıt şəhər 2-ci mikrorayon ərazisində yerləşən binalardan birinin zirzəmisində şəhər sakini, 35 yaşlı Fikrət Feyzullayevin meyiti aşkarlanıb.
Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
F.Feyzullayev əvvəllər həbsdə yatıb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.