Suraxanıda gənc sürücü yol qəzasında xəsarət aldı

Suraxanıda gənc sürücü yol qəzasında xəsarət aldı Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
24 İyun , 2021 05:54
Suraxanıda gənc sürücü yol qəzasında xəsarət aldı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Qızılxanov Eldəniz Eyvaz oğlunun idarə etdiyi minik avtomobili digər avtomobillə toqquşub. Hadisə zamanı E.Qızılxanov xəsarətlər alıb. O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı yaralıya hər iki topuğun sınığı diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi