Suraxanıda 35 yaşlı kişi evində döyülərək ağır xəsarət alıb 

Suraxanıda 35 yaşlı kişi evində döyülərək ağır xəsarət alıb  Bakının Suraxanı rayonunda ağır xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.
Hadisə
3 İyul , 2024 05:36
Suraxanıda 35 yaşlı kişi evində döyülərək ağır xəsarət alıb 

Bakının Suraxanı rayonunda ağır xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.

"Report"un məlumatına, Hövsan qəsəbəsində tanışı ilə mübahisə zamanı döyülən 1989-cu il təvəllüdlü Yusubov Emil Elmar oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub. Qeyd edək ki, hadisə E. Yusubovun yaşadığı evdə baş verib.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi