Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb. 1990-cı il təvəllüdlü Məmmədov Coşqun İsmayıl oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona boyun nahiyəsinin yumşaq toxumalarının əziyi diaqnozu qoyulub.
Fakt araşdırılır.