Tbilisidə əcnəbi qadının qətlində ittiham olunan azərbaycanlı gənc özünü günahkar hesab etməyib

Tbilisidə əcnəbi qadının qətlində ittiham olunan azərbaycanlı gənc özünü günahkar hesab etməyib Gürcüstanda Avstraliya vətəndaşı 31 yaşlı Şanay Brukun qətlində ittiham olunan Rafael Mursaqulov özünü günahkar hesab etməyib.
Hadisə
9 Sentyabr , 2021 10:41
Tbilisidə əcnəbi qadının qətlində ittiham olunan azərbaycanlı gənc özünü günahkar hesab etməyib
Rafael Mursaqulov

Gürcüstanda Avstraliya vətəndaşı 31 yaşlı Şanay Brukun qətlində ittiham olunan Rafael Mursaqulov özünü günahkar hesab etməyib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə onun vəkili Sofio Qoqliçidze müdafiə etdiyi şəxslə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, R.Mursaqulov susmaq hüququndan istifadə edib və qətlə yetirilən şəxslə tanış olmadığını bildirib.

R.Mursaqulov hazırda müvəqqəti saxlama təcridxanasında saxlanılır. Ona qarşı rəsmi ittihamın bu gün irəli sürüləcəyi gözlənilir.

Qeyd edək ki, soydaşımız qəsdən adam öldürmədə ittiham olunur. O, ötən gün saxlanılıb. 33 yaşlı gəncin günahı sübuta yetirilərsə, onu 7 ildən 15 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

Yerli mətbuatın yazdığına görə, R.Mursaqulov hakim Gürcü Arzusu Partiyasının fəalı olub. Onun feysbuk səhifəsində iş yeri kimi bu partiyanın adı göstərilib.

Son xəbərlər

Orphus sistemi