Tələbəni vurub öldürən avtobus “BakuBus”a məxsus imiş

Tələbəni vurub öldürən avtobus “BakuBus”a məxsus imiş Tələbəni vurub öldürən avtobus “BakuBus”a məxsus imiş.
Hadisə
12 Noyabr , 2022 10:02
Tələbəni vurub öldürən avtobus “BakuBus”a məxsus imiş

Tələbəni vurub öldürən avtobus “BakuBus”a məxsus imiş.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə noyabrın 10-u saat 20 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində qeydə alınıb.

Bildirilib ki, paytaxt sakini A.Babayev idarə etdiyi “BakuBus"a məxsus “BMC” markalı xətt avtobusu ilə yolu keçən Sumqayıt şəhər sakini Seyfəddin Mustafazadəni vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada noyabrın 11-də orada ölüb.

Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, piyada Bakı Mühəndislik Universitetinin 1-ci kurs tələbəsi olub.

Son xəbərlər

Orphus sistemi