Erməni terrorçu məhkəmədə Azərbaycan ərazisinə qanunsuz keçdiyini etiraf edib - YENİLƏNİB-3

Erməni terrorçu məhkəmədə Azərbaycan ərazisinə qanunsuz keçdiyini etiraf edib - YENİLƏNİB-3 Bu gün Bakı Apellyasiya Məhkəməsində Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin tərkibində döyüşən - Astanyan Yeqiş Oqanesoviç, Aramyan Karen Armenoviç, Avakyan Tiqran Manikoviç, Qevorkyan Qriqor Qevorqiyeviç, Manukyan Ovsep Robertovi
Hadisə
1 İyul , 2021 17:31
Erməni terrorçu məhkəmədə Azərbaycan ərazisinə qanunsuz keçdiyini etiraf edib - YENİLƏNİB-3

Bu gün Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin tərkibində döyüşən - Astanyan Yeqiş Oqanesoviç, Aramyan Karen Armenoviç, Avakyan Tiqran Manikoviç, Qevorkyan Qriqor Qevorqiyeviç, Manukyan Ovsep Robertoviç, Martirosyan Qevorg Samveloviç, Qevorkyan Robert Ovikoviç, Avetisyan Vaqarşaq Aşotoviç, Akopyan Volodya Qaqikoviç, Sukiasyan Andranik Srapoviç, Manukyan Andranik Tiqranoviç, Saqatelyan Qriqor Seyranoviç, Giraqusyan Eduard Armenoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən K.Aramyan ifadə verib.

O deyib ki, 2020-ci ilin noyabr ayının 27-də hərbi komissarlığa çağırılmayıb, birbaşa hərbi hissəyə gətirilib:

“Bizə silah və zirehli geyim verib dağ apardılar. Azərbaycan hərbçiləri ilə rastlaşdıq, bizi saxladılar və silahlarımızı aldılar. Onlara təslim olub silahları verdik. Azərbaycan əsgərlərinin müşahidəsi ilə hərbi hissəyə gətirildik. Bizə Azərbaycan əsgərləri heç bir təzyiq göstərmədi".

Prokurorun suallarını cavablandıran K.Aramyan qeyd edib ki, o, Hadrut ərazisinə gəlməkdən imtina edə bilməyib: “Hadrutda silahlı dəstələrin hansının hansı ərazidə olmasını Kazaryan təyin edirdi. O, qərar verəndən sonra bizim postları təyin edirdilər.

Mən 2013-2015-ci illərdə Qubadlı rayonundakı hərbi hissədə xidmət etmişəm. Bilirdim ki, ora Azərbaycan ərazisidir”.

Hakim bildirib ki, təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ifadə ilə məhkəməyə verdiyi ifadəsi arasında bəzi ziddiyyət var. Ona görə də prosesdə onun ibtidai istintaqa ifadəsi elan edilib. K.Aramyan istintaqa dindirilərkən söyləyib ki, Arsen Kazaryanın tapşırığı ilə onları Xocavəndə gətirib Hadrurtda yerləşdiriblər. Orada deyilib ki, “Azərbaycan əsgərləri bu əraziyə yaxınlaşarsa, silahlı müqavimət göstərin”.

Daha sonra məhkəmədə A.Manukyan dindirilib. O, ifadəsində özünü qismən təqsirli bildiyini deyib: “Etiraf edirəm ki, Azərbaycan ərazisinə qanunsuz keçdiyimi bilirdim. Lakin biz tapşırıq icra edirdik. Kazaryan Rusiya sülhməramlıları ilə danışandan sonra bizi Azərbaycan ərazisinə buraxdılar. 14 gün dağdakı postda qaldıq. Sonra qida göndərilən yerə düşdük, orada bizi erməni komandir qarşılamalı idi. Amma gördük ki, komandir orda yoxdur, qaçıb. Təxminən yarım saat yol gedəndən sonra Azərbaycan əsgərləri ilə rastlaşdıq, onlara təslim olduq”.

Prokurorun suallarını cavablandırarkən təqsirləndirilən şəxs qeyd edib ki, o, 2015-2017-ci illərdə Tərtər rayonunun Təpəkənd (Tonaşen) kəndində hərbi xidmətdə olub: “Müharibənin dayandırılmasından məlumatım var idi. Bilirdim ki, Ermənistan kapitulasiya aktını imzalayıb”.

Hakim söyləyib ki, təqsirləndirilən şəxs istintaqda onlara Kazaryanla yanaşı Artur Muradyan rəhbərlik edərək tapşırıqlar verdyini bildirib. Həmçinin o, istintaq ifadəsində deyib ki, Xocavənddə xidmət etməkdə məqsədi həmin ərazilərə Azərbaycan hərbçilərinin daxil olmasına maneçilik törətmək olub.

Daha sonra təqsirləndirilən E.Giraqusyan dindirilib. O deyib ki, dağda postda olan zaman bir dəfə atəş açıb.

Hakim bildirib ki, təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadəsində ziddiyyətlər var. Həmin ziddiyyətlər ondan ibarətdir ki, onlar Azərbaycan hərbçilərinə müqavimət göstərmək barədə rəhbərliklərindən tapşırıqlar alıblar.

Növbəti proses iyulun 5-nə təyin edilib.

13.32

Bu gün Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin tərkibində döyüşən - Astanyan Yeqiş Oqanesoviç, Aramyan Karen Armenoviç, Avakyan Tiqran Manikoviç, Qevorkyan Qriqor Qevorqiyeviç, Manukyan Ovsep Robertoviç, Martirosyan Qevorg Samveloviç, Qevorkyan Robert Ovikoviç, Avetisyan Vaqarşaq Aşotoviç, Akopyan Volodya Qaqikoviç, Sukiasyan Andranik Srapoviç, Manukyan Andranik Tiqranoviç, Saqatelyan Qriqor Seyranoviç, Giraqusyan Eduard Armenoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlanması barədə qərar qəbul olunub.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

Hakim söyləyib ki, əvvəlcə təqsirləndirilən şəxslərin dindirilməsi ilə proses davam edəcək, daha sonra şahidlər ifadə verəcək, sonda isə sənədlərin tədqiqi mərhələsi keçiriləcək.

Məhkəmədə təqsirləndirilən R.Qevorkyan sərbəst ifadə verib. O, dindirilən zaman Qarabağa qanunsuz gəlməsindən danışıb: "Bizi noyabrın 26-da hərbi hissəyə çağırıb, silah verdilər. Noyabrın 27-də isə artıq Laçında postlarda idik. Orada Rusiya sülhməramlılarını gördük, komandirlərimiz onlarla danışdılar. Rusiya sülhməramlılarının razılığı ilə yolumuza davam edirdik.

Yuxarıda azərbaycanlı və erməni hərbçilərinin arasında Rusiya sülhməramlıları var idi. Orada 24 gün qalmalı idik. Əmr gəldi ki, dağdan aşağı düşək. Qarşımıza azərbaycanlı əsgərlər çıxdı. Həmin əsgərlərin komandiri özünü təqdim etdi. Biz də təslim olduq".

Prokurorun suallarına cavab verən təqsirləndirilən şəxs bildirib ki, onları hərbi hissəyə çağırılanda müharibənin bitdiyini biliblər: “Dağda olanda komandirimiz Arsen Kazaryan idi. Biz onu komandir kimi qəbul etmişik, ona tabe idik".

Daha sonra R.Qevorkyanın ibtidai istintaqda verdiyi ifadəsi elan olunub. O, ibtidai istintaqda dindirilən zaman deyib ki, Arsen Kazariyandan əlavə onların Artur adlı rəhbərləri də olub: "İki saata yaxın yol gəldik. Dağa çatanda içində hərbçilər olan maşınla rastlaşdıq. Bizi Arsen Kazariyan dağa apardı. O, bizi orada qoyandan sonra özü başqa yerə getdi. Kazariyanla birlikdə digər erməni əsgərləri aşağı endi. Məqsədimiz orada mövqelərimizi qorumaq idi, bizə yaxınlaşan əsgərlərə silahlı müqavimət göstərmək tapşırılmışdı. Biz dekabrın 13-dək orada qaldıq. Arsen həmin ərazilərin Ermənistana aid olduğunu dedi, biz də ona inandıq. Orada bölgü ilə xidmət aparmışıq. Dekabrın 13-də rəhbərimiz olan Qrac Arsen Kazariyanla danışdı. Bizim dağdan aşağı düşməyimizi Arsen əmr verdi".

Prosesdə fasilə elan olunub.

10.31

Bu gün Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin tərkibində döyüşən - Astanyan Yeqiş Oqanesoviç, Aramyan Karen Armenoviç, Avakyan Tiqran Manikoviç, Qevorkyan Qriqor Qevorqiyeviç, Manukyan Ovsep Robertoviç, Martirosyan Qevorg Samveloviç, Qevorkyan Robert Ovikoviç, Avetisyan Vaqarşaq Aşotoviç, Akopyan Volodya Qaqikoviç, Sukiasyan Andranik Srapoviç, Manukyan Andranik Tiqranoviç, Saqatelyan Qriqor Seyranoviç, Giraqusyan Eduard Armenoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunur.

07.30

Bu gün Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin tərkibində döyüşən - Astanyan Yeqiş Oqanesoviç, Aramyan Karen Armenoviç, Avakyan Tiqran Manikoviç, Qevorkyan Qriqor Qevorqiyeviç, Manukyan Ovsep Robertoviç, Martirosyan Qevorg Samveloviç, Qevorkyan Robert Ovikoviç, Avetisyan Vaqarşaq Aşotoviç, Akopyan Volodya Qaqikoviç, Sukiasyan Andranik Srapoviç, Manukyan Andranik Tiqranoviç, Saqatelyan Qriqor Seyranoviç, Giraqusyan Eduard Armenoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdiriləcək.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçiriləcək prosesdə ittiham aktının elan olunması, təqsirləndirilən şəxslərin ifadə verməsi gözlənilir.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş antiterror əməliyyatı nəticəsində tərksilah edilmiş Ermənistan Respublikasının vətəndaşları olan silahlı dəstələrin üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

İstintaq nəticəsində müəyyən edilib ki, cinayətkar silahlı birləşmələrin üzvləri 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq, 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar edib, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Məlumat verildiyi kimi, silahlı dəstənin əvvəlcə 14, sonra isə daha 13 nəfər üzvü barəsində cinayət işinin istintaqı yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

Sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin – Mikaelyan Andranik Vazgenoviç, Soğomonyan Setrak Samveloviç, Karapetyan Rafik Robertoviç və qeyriləri də daxil olmaqla, ümumilikdə daha 26 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

Son xəbərlər

Orphus sistemi