Terrorçuluqda təqsirləndirilən Ermənistan vətəndaşları - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə bu günə təyin edilən cinayət işi üzrə hazırlıq iclası təxirə salınıb.
"Report"un Qərb bürosunun məlumatına görə, terrorçuların hazırlıq iclası dekabrın 17-də, saat 14:30-da Sabunçu Rayon Məhkəməsində keçiriləcək.
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsinə terrorçuluqda təqsirləndirilən Ermənistan vətəndaşları - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin cinayət işi üzrə hazırlıq iclası keçiriləcək.
"Report" xəbər verir ki, iş hakim Elmin Rüstəmovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.