“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə hökm oxunub

“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə hökm oxunub Sumqayıt Məhkəmə Kompleksində “Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxsin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hadisə
31 Oktyabr , 2024 15:53
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə hökm oxunub

Sumqayıt Məhkəmə Kompleksində “Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxsin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, Bakı Hərbi Məhkəməsində bu gün keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Fuad Ağayev 13 il, Qurban Cümşüdov 10 il, Fuad Axundov 9 il 6 ay, Ramil Əhmədov 9 il 6 ay, Cavid Ağadadaşov isə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qurban Çümşüdov və Cavid Ağadadaşov cəzaları 2019-cu ildən hesablanır. Fuad Ağayevin cəzası 2017-ci ildən hesablanır.

Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş onlarla şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi