Tərtər sakinlərindən heroin və “patı” aşkar edilərək götürülüb

Tərtər sakinlərindən heroin və “patı” aşkar edilərək götürülüb Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotik və psixtrop vasitələrin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.
Hadisə
23 İyul , 2021 10:19
Tərtər sakinlərindən heroin və “patı” aşkar edilərək götürülüb

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotik və psixtrop vasitələrin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Tərtər RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Mehman Ocaqov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 2 bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Araşdırmalar zamanı o narkotik vasitəni 50 manat pul müqabilində Vüsal adlı şəxsdən aldığını bildirib. Keçirilmiş növbəti tədbirlər zamanı rayonun Düyərli kənd sakini Vüsal Ağayev də saxlanılıb. Onun evinə baxış keçirilən zaman 4 bükümdə heroin və 2 bükümdə psixotrop maddə olan metamfetamin və yaxud “patı” aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Tərtər RPŞ-də araşdırmalar davam etdirlir.

Son xəbərlər

Orphus sistemi