Tərtərdə oğurluq edən şəxs saxlanılıb

Tərtərdə oğurluq edən şəxs saxlanılıb Tərtər rayon sakini olan bir nəfər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus evdən məişət əşyalarının oğurlanması barədə məlumat verib.
Hadisə
20 Sentyabr , 2021 13:11
Tərtərdə oğurluq edən şəxs saxlanılıb
Məhsuni Xanlarov

Tərtər rayon sakini olan bir nəfər Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək ona məxsus evdən məişət əşyalarının oğurlanması barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan "Report"a bildirilib ki, daxil olan məlumat əsasında Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən, rayon sakini Məhsuni Xanlarov saxlanılıb.

Araşdırmalarla onun xeyli sayda məişət əşyaları oğurlamaqla vətəndaşa 3 000 manat dəyərində ziyan vurduğu müəyyən olunub.

Dindirilmə zamanı o, törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi