Tərtərdə sel sularının vurduğu ziyan aradan qaldırılır.
“Report”un Qarabağ bürosunun verdiyi məlumata görə, axşam saatlarında Qarabağ bölgəsinə yağan aramsız yağış daşqınlara səbəb olub.
Güclü sel suları rayonun Dəmirçilər kəndində fərdi təsərrüfatları basıb. Sel kənddə fərdi təsərrüfatlara, o cümlədən bağlara və əkin sahələrinə ciddi ziyan vurub.
Sakinlərin bildirdiyinə görə, kəndin 250 fərdi təsərrüfatdan yarısı su altında qalıb. Əkin sahələrindan başqa evlərin zirzəmiləri, tövlələr də su ilə dolub. Sakinlər sel sularının yaratdığı gölməçələr səbəbindən evlərinə gedə bilmədikərini deyirlər.
Hazırda əraziyə FHN-in ağır texnikaları cəlb olunub. Ötürücü su arxları təmizlənərək, kəndə daxil olan sel qarşısının alınması işləri aparılır.