Tərtərdə yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi müəyyən edilib

Tərtərdə yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi müəyyən edilib Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.
Hadisə
27 Noyabr , 2020 15:29
Tərtərdə yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi müəyyən edilib

Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində koronavirus pandemiyasına yoluxmuş rayon skini M.Əliyevin karantin qaydalarına zidd davranaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib.

Həmin şəxs rayon ərazisində aşkar olunub və yaşadığı ünvana geri qaytarılıb. Onunla profilaktiki mövzuda söhbətlər aparılaraq koronavirus pandemiyasının bəşəri bəla olduğunu, bütün dünyanın bu bəladan əziyyət çəkidyi deyilib.

Tərtər RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi