Bakı Apelyasiya Məhkəməsində Müsavat Partiyasının fəalı Tofiq Yaqublu barəsində hökmdən verilən şikayətlə bağlı məhkəmə iclası keçirilib.
“Report” xəbər verir ki, hakim Elmar Rəhimovun sədrlik etdiyi iclasda T.Yaqublu barədə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib.
T.Yaqublu hazırda "City Hospital"dadır.
Təqsirləndirilən şəxsin vəkili Elçin Sadıqov jurnalistlərə açıqlamasında bildirib ki,T.Yaqublunun səhhəti imkan versə xəstəxanadan evə buraxılacaq, əks halda müalicəsi xəstəxanada davam etdiriləcək.
Məhkəmənin növbəti iclası sentyabrın 28-ə təyin edilib.
Bakı Apelyasiya Məhkəməsində Müsavat Partiyasının fəalı Tofiq Yaqublu barəsində hökmdən verilən şikayətlə bağlı ilkin baxış iclası keçirilir.
“Report” xəbər verir ki, iclasa hakim Elmar Rəhimov sədrlik edir.
Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Şikayət həmin hökmdən verilib.
İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.
O, ittihamları qəbul etmədiyini bildirir.
Tofiq Yaqublu 17 gündür aclıq aksiyası keçirir. O, sentyabrın 12-də istintaq təcridxanasından "City Hospital"a köçürülüb.