Tovuz şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Tovuz şəhərində, Mərkəzi Rayon Xəstəxanasının yaxınlığında qeydə alınıb.
Yolu qarşı tərəfə keçmək istəyən, Tovuz rayon sakini, 1969-cu il təvəllüdlü Camal Məmmədovu avtomobil vurub.
O, ağır halda xəstəxanaya aparılsa da, artıq dünyasını dəyişdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.