Tovuzda avtomobil qəzası olub, ölən və xəsarət alan var - YENİLƏNİB

Tovuzda avtomobil qəzası olub, ölən və xəsarət alan var - YENİLƏNİB Tovuzda avtomobil qəzası olub, ölən və xəsarət alan var.
Hadisə
13 Mart , 2023 20:35
Tovuzda avtomobil qəzası olub, ölən və xəsarət alan var - YENİLƏNİB

Tovuzda avtomobil qəzasında ölən və xəsarət alanın şəxsiyyətləri dəqiqləşib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə nəticəsində 1985-ci il təvəllüdlü Yaqubəliyev Elçin hadisə yerində dünyasını dəyişib, Kərimov Vüsal isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma davam etdirilir.

20:18

Tovuzda avtomobil qəzası olub, ölən və xəsarət alan var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Tovuz rayonunun Əlimərdanlı kənd ərazisindən keçən hissəsində baş verib.

Körpü üzərində iki avtomobilin toqquşması nəticəsində bir nəfər hadisə yerində dünyasını dəyişib, daha bir nəfər isə müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Onun vəziyyəti orta ağır qiymətləndirilir. Hər ikisinin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi