Tovuzda avtomobil qəzası zamanı ölən və xəsarət alanların adları məlum olub

Tovuzda avtomobil qəzası zamanı ölən və xəsarət alanların adları məlum olub Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
11 Fevral , 2022 23:10
Tovuzda avtomobil qəzası zamanı ölən və xəsarət alanların adları məlum olub

Tovuz rayonunda avtomobil qəzası zamanı ölən və yaralanan şəxslərin adları məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə zamanı 1964-cü il təvəllüdlü Hüseynov Hüseyn İbrahim oğlu hadisə yerində dünyasını dəyişib, 1971-ci il təvəllüdlü Məmmədov Elçin Arif oğlu yaralanıb.

Qeyd edək ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb. "VAZ" markalı avtomobillə yük maşını toqquşub.

Faktla bağlı araşdırmalara başlanılıb.

22:57

Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb. İki avtomobilin toqquşması zamanı ölən və xəsarət alan var.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi